Qobu park 1 yaşayış massivində “Corona pub” adlı məkanda baş alıb gedən özbaşınalıqlar

Qobu park 1 yaşayış massivində “Corona pub” adlı məkanda özbaşınalıqlar baş alıb gedir.

 

Azinformasiya.az  xəbər verir ki, Qaradağ rayonu, Qobu park 1 yaşayış massivində “Corona pub” adlı məkanda bir sıra özbaşınalıqlar və antisanitariya halları özünü göstərir. Belə ki, sözügedən məkanda müştəri sadə çay içə bilməz, mütləq çayın yanında şokolad sifariş etməlidir. Həmçinin bu məkanda pivə içən müştərilər arasında dava olur, bu da digər müştərilərin narahatlığına səbəb olur.

Eləcə də “Corona pub” adlı məkanda bir sıra antisanitariya halları müşahidə olunur. Bu məsələ ilə bağlı Qida təhlükəsizlik agentliyi ciddi şəkildə məşğul olmalıdır.

Bundan başqa, Qobu park yaşayış massivi “Qaçqınkom”un tabeliyində olduğu üçün sözügedən orqan da “Corona pub” adlı məkanla bağlı bir tədbir görməlidir, nəzarəti gücləndirməlidir.

Ümid edirik ki, sözügedən məkana aidiyyəti orqanlar tərəfindən nəzarət gücləndiriləcək və lazımi tədbirlər görüləcək.

 

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir