Kreml: Makronun Ukrayna ilə bağlı bəyanatı təxribat xarakterlidir

Fransa lideri Emmanuel Makronun Ukraynadakı münaqişədə birbaşa iştirak etməyə hazır olması ilə bağlı bəyanatları təxribat xarakterlidir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə əsasən, bu cür bəyanatlar gərginliyi artırır.

“Makron Kiyev rejiminə tam dəstək nümayiş etdirir və Fransa Respublikasının hərbi münaqişədə birbaşa iştirakına hazır olduğunu bəyan edir.

Fransanın NATO üzvü, Avropa İttifaqınınnin üzvü, böyük bir Avropa dövləti olduğunu nəzərə alaraq, biz bu bəyanatları olduqca təxribatçı, qitədə gərginliyi artıran və heç nəyə müsbət yardımı olmayan hesab edirik”, – deyə Kremlin sözçüsü bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir