Kreml Putinin Türkiyəyə səfərinin niyə baş tutmaması ilə bağlı açıqlama verib

Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin niyə baş tutmaması ilə bağlı açıqlama verib.

 

Azinformasiya.az  xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov münasibətlərdə guya həll olunmayan problemlərə görə Putinin hələ də Türkiyəyə getmədiyi fikrini yanlış adlandırıb.

Bildirib ki, Putinin Türkiyəyə səfəri dövlət başçılarının qrafiki üst-üstə düşmədiyi üçün hələ baş tutmayıb.

Onun sözlərinə əsasən, bununla belə, təmaslar hazırlanır.

Peskov vurğulayıb ki, Rusiya Federasiyası və Türkiyə Qərbin təzyiqindən yan keçməyin yollarını axtarır və mütləq tapacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir