Orban: “Macarıstan Ukraynadakı müharibədə vətəndaşları həlak olan yeganə Aİ ölkəsidir”

Baş nazir Viktor Orban bildirib ki, Macarıstan Ukraynadakı müharibədə vətəndaşları həlak olan yeganə Aİ ölkəsidir.

 

Azinformasiya.az  xəbər verir ki, Orban bunu İtaliyanın “Il Giornale” qəzetinə müsahibəsində bildirib.

“Ukrayna ərazisində yaşayan Ukrayna ordusunun tərəfində vuruşan və həlak olan macar azlığından olan Macarıstan vətəndaşları var. Biz Ukraynada vətəndaşları ölən yeganə Aİ ölkəsiyik”, – Baş nazir vurğulayıb.

O, Ukraynadakı müharibə ilə bağlı mövqeyinin səbəbini də açıqlayıb.

“Biz yol ayrıcındayıq: ya münaqişəni təcrid edib diplomatik yol tapmalıyıq, ya da müharibənin dərinliyinə getməliyik. Əgər biz Ukraynanın Rusiya ərazisinə İtaliyanın verdiyi silahlarla zərbələr endirməsinə icazə versək, Rusiyanın güclü reaksiyası isə nəticələn cavab tədbirləri ilə qarşılaşa bilərik”, -Orban bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir