Baş nazir Əli Əsədov Minskə işgüzar səfərə gedib

İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, “Minsk” milli aeroportunda Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir