“Suriya rejimi ilə danışıqlar ancaq İran, Türkiyə, Suriya və Rusiyadan ibarət dördtərəfli qrup şəklində aparılır. Məqsədimiz BMT Təhlükəsizlik Şurasının qərarı əsasında Suriyada siyasi həllə nail olmaqdır”.
Azinformasiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
“Biz Konstitusiyanın qəbulunu, azad seçkiləri, hərtərəfli normallaşmanı və təhlükəsizlik mühitinin təmin edilməsini dəstəkləməyə hazırıq” – Yaşar Gülər əlavə edib.
O qeyd edib ki, bunlar tamamlandıqda və Türkiyə sərhədlərinin təhlükəsizliyi təmin olunarsa, Ankara Suriyadan qoşunların çıxarılması məsələsini nəzərdən keçirə bilər.
Azinformasiya.az