“Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə edilməyini arzulayırıq”.
Azinformasiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
“Prezidentimizin vurğuladığı kimi, tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir. Paşinyanın açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və realist yanaşmaya malikdir” – deyə Yaşar Gülər vurğulayıb.
Azinformasiya.az