Ötən gecə Qəzza sektorunda hərbi minik avtomobilinin partladılması nəticəsində İsrail ordusunun üç hərbçisi həlak olub.
Azinformasiya.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, öldürülən hərbçilər “Kfir” briqadasının “Naxşon” batalyonunda xidmət edib. Bununla da müharibə başlayandan indiyə qədər həlak olan İsrail hərbçilərinin sayı 292 nəfərə çatıb.
Qeyd edək ki, bölgədə vəziyyət 2023-cü il, oktyabrın 7-dən etibarən gərginləşib.
Azinformasiya.az