Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Taliban”ın Rusiya Federasiyasında terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışarkən bildirib.
““Taliban”la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir”, deyə Putin qeyd edib.
Rusiya “Taliban”ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır. “Qərar birlikdə işlənəcək”, deyə Rusiya lideri vurğulayıb.
Azinformasiya.az