Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 

Azinformasiya.az  xəbər verir ki, məktubda deylir:

“Ölkənizin milli bayramı münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında səmərəli qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan məmnun olduğumu bildirim. Bir daha təsdiq etmək istəyirəm ki, Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Əminəm ki, son danışıqlarımızdan və bu il mayın 8-də Bakıda Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanmasından sonra son illərdəki intensiv ikitərəfli siyasi dialoq yeni məzmun kəsb edəcəkdir. İnanıram ki, ikitərəfli münasibətlərimizdə tətbiq etdiyimiz praqmatik yanaşma gələcəkdə də müsbət dinamikasını davam etdirəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir