Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi başlayıb.
Azinformasiya.az “IRNA“ agentliyinə istinadən xəbər verir ki, tədbir Təbrizdə keçirilir. Vida mərasimləri İranın digər bölgələrində də keçiriləcək.
Təbrizdən sonra Qum, Tehran, Bircənd və sonda İbrahim Rəisinin doğma şəhəri Məşhəddə vida mərasimləri keçiriləcək.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
Azinformasiya.az