İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35,5 minə yaxın insan həlak olub, 79,5 minə yaxın insan isə yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi Telegram kanalında dərc edib.
“İsrailin Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı hazırda 35 456 nəfərə çatıb, daha 79 476 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin hesabatında deyilir. Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində 70 fələstinli ölüb, daha 110 fələstinli yaralanıb.
Azinformasiya.az