Zurabişvili: Gürcüstanda siyasi vəziyyəti dəyişməyin tək yolu seçkidən keçir

“Gürcüstanda yaranmış gərgin siyasi vəziyyəti dəyişməyin tək yolu seçkidən keçir”

 

Azinformasiya.az  “1tv.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili yerli mətbuata deyib.

O vurğulayıb ki, hökumətin təqdim etdiyi xarici agentlərlə bağlı qanuna mütləq şəkildə veto qoyacaq.

Zurabişvilinin sözlərinə əsasən, 30 il ərzində ölkəsinə dəstək göstərən qüvvələri agent adlandırmaq ölkənin Avropa İttifaqına yolunu bağlayır və heç bir məntiqə sığmır:

““Gürcü arzusu” partiyasının xarici agentlərlə bağlı təqdim etdiyi layihə dost Avropa ilə münasibətlərimizə ciddi xələl gətirir. Bu qanuna sərf etdiyimiz vaxtı daha səmərəli işlərə ayıra bilərik. Ölkədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə ancaq seçki qadirdir. Avropa İttifaqı rəsmiləri yalnız küçələrə çıxan deyil, həm də seçkiyə gedən əhalinin səsini eşitməlidir. Mən qanuna veto qoysam da, bu simvolik xarakter daşıyacaq və hökumət vetonu adlayıb sənədi qəbul etdirəcək”.

Qeyd edək ki, Gürcüstan parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir