Tbilisidə səfərdə olan Latviya, Litva, Estoniya və İslandiyanın XİN başçıları Prezident Salome Zurabişvili ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, Prezident XİN başçıları ilə mətbuata birgə açıqlamasında onlarla ötən gün parlamentin qəbul etdiyi “Xarici təsir” qanununun müzakirə edildiyini qeyd edib.
Prezident hökumətin nə öz xalqının səsini, nə də dostlarının tövsiyəsini dinlədiyini deyib. O, qanun layihəsini veto edəcəyini bir daha vurğulayıb.
Azinformasiya.az