Qobu Park yaşayış kompleksində sahibsiz itlərin sakinlərə hücumu ilə bağlı heç bir tədbir görülmür.
Son vaxtlar qaçqın və məcburi köçkünlər üçün tikilən Qobu Park yaşayış kompleksində sahibsiz itlərin sayı artıb və bu hal müxtəlif yaş qruplarından olan sakinlər üçün təhlükə yaradır. “Qaçqınkom” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi) bu xoşagəlməz vəziyyətlə bağlı hər hansı bir tədbir görmür.
Həmçinin qeyd etmək vacibdir ki, “Qaçqınkom” tərəfindən Qobu Park yaşayış kompleksi tikilib başa çatdırılandan sonra sözügedən bina inzibati yaşayış binası olduğuna görə orada vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hasar çəkilməli idi, lakin təəssüf ki bununla bağlı heç bir iş aparılmayıb.
Bir neçə gün əvvəl Qobu Park yaşayış kompleksində azyaşlı bir qıza sahibsiz itlər hücum edərək onu acınacaqlı vəziyyətə salıblar. Bu cür halların sözügedən ərazidə hər hansı bir güclü tədbir görülmədiyi müddətcə olması reallıqdır.
Sözügedən hala bənzər hadisələrin yaşanmaması üçün “Qaçqınkom” və digər aidiyyətləri orqanlar bu məsələyə diqqət yetirməlidirlər. Ümid edirik ki, bu məsələyə aidiyyatı orqanlar tərəfindən baxılacaq və bu tip hallar bir daha yaşanmayacaq.
Azinformasiya.az