Kobaxidze ilə Blinkenin köməkçisinin müzakirə etdiyi məsələlər açıqlanıb

Gürcüstan hökuməti Baş nazir İraki Kobaxidzenin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynla görüşünə dair məlumat yayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bəyanatda tərəflər arasında görüşün uzun çəkdiyi, Gürcüstan-ABŞ əlaqələrinə, son illərdə Gürcüstanda yaranmış vəziyyətə dair səmimi müzakirə aparıldığı qeyd olunub. Bildirilib ki, tərəflər bu proseslərə dair narahatlıqlarını bölüşüblər.

Həmçinin bildirilib ki, Kobaxidze Ceyms Obrayna “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə olan ehtiyacı izah edib və hökumətin veto prosedurları çərçivəsində bütün beynəlxalq tərəfdaşların qeydlərini diqqətlə nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Baş nazir Gürcüstan hökumətinin ABŞ ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu, bunun isə ikitərəfli səylər və ədalətli münasibət tələb etdiyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir