Növbəti aylarda Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir.
Azinformasiya.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə əsasən, rəsmi Vaşinqton özünün tərəfdaş dövlətləri ilə birlikdə bu müddətin Ukrayna üçün uğurlu keçməsi istiqamətində səyləri artıracaq. Blinken, eyni zamanda vurğulayıb ki, hakimiyyətə dəstək olan dövlətlər Ukraynanın demokratik, iqtisadi, həmçinin hərbi cəhətdən daha da güclənməsində maraqlıdır:
“Hər birimiz Ukraynanın malik olduğu güc, dözüm və liderlik qabiliyyətləri ilə qürur duyuruq. Belə bir çətin zamanda göstərdiyimiz dəstəyin böyük bir hissəsi təqdim olunub, bir qismi isə göndərilmək üzrədir. Edilən yardımlar cəbhədə vəziyyəti Rusiya aqressiyasına qarşı mübarizə aparan Ukraynanın xeyrinə dəyişəcək. Tərəfdaşlarımızla birgə sizin müharibədə qələbə qazanmanız üçün səylərimizi artıracağıq”.
Azinformasiya.az