Blinken İsrailə səfər edib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə əsasən, Baş katib Blinken İsraildədir və o, Baş nazir Netanyahu, Prezident Herzoq və girovluqda olan ABŞ vətəndaşlarının (yəhudi əsilli -red.) ailə üzvləri ilə görüşəcək.

Miller bildirib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir