Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe siyasi terrorçudur.
Azinformasiya.az xəbər verir ki, bu barədə X-da paylaşımında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov qeyd edib ki, Frank Şvabe əsl üzünü açıb: “O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov isə bildirib ki, Frank Şvabe fanatik anti-Azərbaycan fəaliyyəti ilə seçilir: “O, Ermənistanın siyasi elitası ilə sıx bağlıdır və müxtəlif dövrlərdə həm AŞPA-da, həm də onun hüdudlarından kənarda Ermənistanın “maraqlarını” müdafiə edib və indi də edir. Şvabe Bundestaqda “erməni soyqırımı” iddiasının tanınmasında və AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasında Sorosun sifarişini yerinə yetirən siyasi əxlaqsıdır”.
Qeyd edək ki, Almaniyanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Frank Şvabe “X” hesabında paylaşımında Azərbaycanın geri – AŞPA-ya yolu olmadığını yazıb.
Azinformasiya.az