NATO və Aİ ABŞ-ın Kiyevə daha bir yardım paketi ayırmasını alqışlayıb

NATO-nun baş katibi Yens Stoltenberq və Avropa diplomatiyasının rəhbəri Josep Borrell ABŞ-ın Kiyevə növbəti yardım paketi ayırmasını alqışlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“ABŞ Nümayəndələr Palatasının Rusiyanın hərbi imkanlarını məhv etmək üçün NATO tərəfindən verilən silahlardan istifadə edən Ukraynaya böyük yeni yardım paketini təsdiq etməsini alqışlayıram”, – Stoltenberq bildirib.

“Mən ABŞ Nümayəndələr Palatasında bugünkü səsvermənin nəticəsini alqışlayıram”- bunu isə Borrell deyib. O əlavə edib ki, Kiyev “Rusiya ilə mübarizə aparmaq üçün lazım olan transatlantik dəstəyə” malik olacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir