İki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq.
Azinformasiya.az xəbər verir ki, bu barrədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində paylaşım edib .
“Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, – Mişel vurğulayıb.
Azinformasiya.az