NATO müttəfiqlərində Ukraynaya veriləcək kifayət qədər “Patriot” və digər havadan müdafiə sistemləri var.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Baş katib məxfi məlumat olduğu üçün rəqəmləri açıqlaya bilməyəcəyini deyib.
NATO Baş katibi, həmçinin qeyd edib ki, “Patriot” sistemləri ilə bağlı məsələ təkcə batareyaların göndərilməsi ilə bağlı deyil, burada, eyni zamanda artıq göndərilmiş sistemlərin və yeni göndəriləcəklərin saxlanılması, texniki dəstək eyni zamanda interseptorların təminatı da diqqətə alınmalıdır.
“Beləliklə bizim bütöv paketə, texniki dəstəyə ehtiyacımız var. Biz təbii ki, yeni sistemlərin çatdırılmasına fokuslanmalıyıq. Bununla yanaşı indiyə kimi verilən sistemlərin texniki təminatına da diqqət ayırmalıyıq. Bu gün müttəfiqlərimizin bizimlə bölüşdüyü məlumatları nəzərə alaraq deyə bilərəm ki, yaxın gələcəkdə yeni hərbi yardımların elan oluna bilər”, – deyə Stoltenberq bildirib.
Azinformasiya.az