Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır.
Azinformasiya.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, – deyən dövlət başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Azinformasiya.az