Hakan Fidan və Abdullahian İran-İsrail qarşıdurmasını müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidanla bu gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Hakan Fidan danışıq zamanı Türkiyənin bu gecə İranın İsrailə qarşı əməliyyatından sonra bölgədə gərginliyin daha da artmasını istəmədiyini, gərginliyi artıracaq addımların sona çatmasını arzu etdiyini bildirib.

İran xarici işlər naziri isə öz növbəsində İsrailə qarşı cavab əməliyyatının sona çatdığını və hücuma məruz qalmadıqca İranın yeni əməliyyata başlamayacağını bildirib.

Hüseyn Əmir Abdullahian deyib ki, İran yenidən hücuma məruz qalarsa, bu dəfə daha sərt cavab verəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir