Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Azinformasiya.az xəbər verir ki, nazirliyin “X” hesabında yayılan rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Həmçinin vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub.
Bundan başqa, bəyanatda İrandakı fransız diplomatların ailə üzvlərinin Parisə qayıdacağı da açıqlanıb. Həmçinin bildirilib ki, Fransanın dövlət strukturlarında işləyənlərin adıçəkilən ölkələrə səfərləri qadağan edilib.
Azinformasiya.az