Ukrayna prezidenti Vladimir Zelenski və Latviya prezidenti Edqars Rinkeviç iki ölkə arasında ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Azinformasiya.az Unian-a istinadən xəbər verir ki, sazişə əsasən, Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Bundan başqa, Latviya Ukraynaya kibermüdafiə, minalardan təmizləmə, pilotsuz texnologiyalar sahəsində dəstək vermək üçün 10 illik öhdəlik götürür.
Ukrayna lideri buna görə dost Latviyaya təşəkkür edib.
Azinformasiya.az