İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Qəzzadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, tərəflər İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumunun reaksiyaları və nəticələrini müzakirə ediblər.
Azinformasiya.az