“Tarixi Ermənistan” hazırkı Ermənistanın ərazi bütövlüyünü tanımır, “tarixi Ermənistan” və “hazırkı Ermənistan” nəinki bir-birinə uyğun gəlmir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır”.
Azinformasiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.
“Biz diqqətimizi “hazırkı Ermənistan”ın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. “Real Ermənistan” beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir”, – Ermənistan Baş naziri bildirib.
Azinformasiya.az