Türkiyənin müxalif “İYİ Partiya” partiyasının başqanı Meral Akşener bu siyasi təşkilatın növbəti qurultayında yenidən sədrliyə namizəd olmayacağını açıqlayıb.
Azinformasiya.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Partiyamızın təməl prinsiplərinin sarsılmasına baxmayaraq, bununla belə müxalifətin arxa planına keçməmək uğrunda müqavimət göstəririk. Mən yaranmış bu vəziyyətə görə məsuliyyəti üzərimə götürməyə hazıram”, o bildirib.
Azinformasiya.az