İsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha məxsus hərbi kompleksə və digər üç infrastruktur obyektinə hücum edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
“Bu gecə, dünən gecə İsrail ordusunun pilotsuz təyyarəsini vuran hücuma cavab olaraq, ordumuzun qırıcıları Livanın Baalbek bölgəsində Hizbullahın hava hücumundan müdafiə sisteminin bir hissəsi olan hərbi kompleksə və digər üç terror infrastruktur obyektinə zərbələr endiriblər” – bəyanatda deyilir.
Ordunun mətbuat xidməti bildirib ki, İsrail döyüşçüləri bir gün əvvəl Aita əş-Şab və Odaisa bölgələrində Hizbullah hərbi kompleksinə və digər infrastruktur obyektlərinə də zərbələr endiriblər. Bundan əlavə, İsrail artilleriyası Yater bölgəsinə zərbələr endirib.
Azinformasiya.az