Ermənistan Baş naziri Nikol Paşinyanın USAID-in direktoru Samanta Pauerlə görüşü olub.
Azinformasiya.az “armenpress”ə istinadən xəbər verir ki, görüş Brüsseldə baş tutub.
Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn, USAID-in Ermənistandakı Missiyasının rəhbəri Con Allelo, USAID-in milli təhlükəsizlik direktoru Kolin Tomas Yensen də iştirak edib.
Bildirilib ki, müzakirə olunacaq əsas məsələlər Ermənistanda USAID proqramlarının həyata keçirilməsi ilə bağlı məsələlər, Qarabağı tərk edən ermənilərin dəstəklənməsi, Ermənistanda demokratiyanın inkişafına yönəlmiş proqramların həyata keçirilməsi ilə bağlıdır.
Azinformasiya.az