Ukrayna Baş naziri Latviyada səfərdədir

Ukrayna Baş naziri Denis Şmiqal Latviyaya səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Latviya Baş naziri Evika Silinanın “Facebook” hesabında paylaşım edilib.

“Riqaya xoş gəlmisiniz, Denis Şmiqal! Latviya xalqı Ukraynanın yanındadır. Biz Ukraynanın qələbəsini hərbi, maliyyə və siyasi cəhətdən dəstəkləyəcəyik”, – Baş nazir qeyd edib.

Ukrayna Baş naziri səfəri çərçivəsində Latviya Baş naziri ilə yanaşı bu ölkənin prezidenti və Parlament sədri ilə də görüşlər keçirəcək.

Bildirilib ki, görüşlərdə əsas diqqət Ukraynanın dəstəklənməsi və Latviya ilə Ukrayna arasında iqtisadi və təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa istiqamətlənəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir