Gəncədə qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın xəstəxanada ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində baş verib.
Tərtər rayon sakini 31 yaşlı Günel Həsənova martın 27-də əməliyyat edilib. Əməliyyatdan sonra qadının vəziyyəti ağırlaşdığı üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ancaqhəkimlərin tibbi müdaxiləsinə baxmayaraq qadın bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az