Gürcüstanda yerli vaxtla 17:44-də 4,8 bal gücündə zəlzələ olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Oni şəhərindən 6 kilometr cənub-şərqdə, Psori kəndi yaxınlığında yerləşib.
Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Azinformasiya.az