Ağ Ev: ABŞ martın 7-də Rusiyaya terror hücumu təhlükəsi ilə bağlı dəqiq və ətraflı məlumat ötürüb

Martın 7-də səhər saatlarında ABŞ yazılı şəkildə Rusiyaya terror təhlükəsi ilə bağlı dəqiq və ətraflı məlumat ötürüb.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Con Kirbi bildirib.

“Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də biz adi prosedurlara uyğun olaraq və ABŞ-nin əvvəlki hökumətinin dəfələrlə istifadə etdiyi kanallar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarına dəqiq və ətraflı yazılı xəbərdarlıq göndərmişdik”, – Kirbi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir