“Təhsil Nazirliyinin kollegiyası mövcud şəraiti nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar qərar layihəsi hazırlayıb”.
Azinformasiya.Az xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, hazırda layihə ilə bağlı rəy və təkliflər toplanılır: “Bununla bağlı tezliklə geniş məlumat veriləcək”.