“Crocus”da terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib: “Bütün hallarda biz malik olduğumuz fakturadan danışırıq. Bu ümumi məlumatdır. Ancaq müəyyən işlənmələr var”.
O, “Crocus”da baş verən terror aktından sonra cavab tədbirlərinin olacağına söz verib.
FTX direktoru qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyaya qarşı cinayət törədən hər kəs kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfdir.
O, həmçinin rəsmi Kiyevi terrorçu təşkilat kimi tanımaq haqqında danışıb: “Bunu etməliyik. Bu, yalnız hesab etmək üçün yox, həm də müvafiq qərarlar qəbul etmək üçün əsasdır”.
Bortnikovun sözlərinə əsasən, “Crocus” terror aktı işində saxlanılan 11 nəfərlə fəal işləyirlər və müəyyən edilmiş yardımçıların dairəsi daha geniş olacaq.
FTX direktoru, həmçinin qeyd edib ki, Ukraynanın Yaxın Şərqdə silahlılara təlim keçdiyi məlumdur.
Azinformasiya.az