Kreml: Rusiya ABŞ ilə dialoqa açıqdır

Rusiya ABŞ ilə dialoqa açıqdır, ancaq bütün problemlər bütövlükdə müzakirə olunmalıdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentimiz dəfələrlə təkrar edib ki, biz dialoqa açığıq, bütün məsələləri kompleks şəkildə müzakirə etməyi zəruri hesab edirik. Bəzi məsələləri indi ABŞ ilə ikitərəfli münasibətlərimizdə hakim olan ümumi kontekstdən ayırmaq olmaz. Ona görə də bizim dialoqa açıqlığımız və siyasi iradəmiz var, ancaq biz bütün məsələlərin hərtərəfli müzakirəsinin tərəfdarıyıq”, – deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir