Peskov: Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır

Rusiya və Ermənistan münasibətlərdəki mövcud çətinliklərə rəğmən qardaş ölkələr olaraq qalırlar.

 

Azinformasiya.az xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə əsasən, Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır: “Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır. Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”, – Kremlin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir