Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “X” səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər! Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Azinformasiya.az