Kreml NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi niyyəti onlara yaxşı məlumdur və necə deyərlər, bu, adi gözlə belə görünür”.
Onun sözlərinə əsasən, “belə bir düşüncə var ki, NATO-nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri çətin ki, Qafqaza sabitlik gətirə bilsin”.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin qeyd edib ki, belə təmaslar Cənubi Qafqaz dövlətlərinin “suveren hüququ”dur.
O, prosesi diqqətlə müşahidə etdiklərini də vurğulayıb.
Qeyd edək ki, Yens Stoltenberq martın 17-də Azərbaycana, martın 18-də Gürcüstana, bu gün isə Ermənistana səfər edib.
Azinformasiya.az