NATO Baş katibi Ermənistanın Ukrayna ilə həmrəyliyini alqışlayıb

Döyüş meydanında (Ukraynada-red.) vəziyyət çətindir. Lakin bu bizim geri çəkilməyimiz üçün yox, əksinə, yardımlarımızı artırmaq üçün səbəb olmalıdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında deyib.

Onun sözlərinə əsasən, “əgər Putin Ukraynada uğur qazanarsa, onun bu təcavüzü təkcə Ukrayna ilə məhdudlaşmayacaq”.

“Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik. Mən sizin Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin bu müharibədə qələbə qazanmaması üçün əllərindən gələni etməyə çağırıram”, – NATO Baş katibi bildirib.

O, Ermənistanla tərəfdaşlığı gücləndirməyi və Cənubi Qafqazda sülhə, sabitliyə və çiçəklənməyə müvəffəq olmaq üçün birgə işləməyi səbirsizliklə gözlədiyini bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir