Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb

“Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistan Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında deyib.

O bildirib ki, illərlə davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın dayanıqlı sülh əldə etmək fürsəti yaranıb.

Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb.

“Ona görə də mən hər iki ölkəni münasibətlərin normallaşmasına yol açan və sizin xalqlarına dayanıqlı sülh gətirəcək müqaviləni tez bir zamanda imzalamağa çağırıram”, – NATO Baş katibi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir