Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azinformasiya.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib, ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.
Tərəflər çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə bundan sonra da sıx əməkdaşlıq üçün qarşılıqlı istək ifadə ediblər.
Prezidentlər beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də Qara dəniz regionu ilə bağlı məsələləri müzakirə ediblər.
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Müxtəlif formatlarda dialoqun davam etdirilməsi razılaşdırılıb.
Azinformasiya.az