Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada ölüb

Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb.

 

Azinformasiya.az xəbər verir ki, bu gün axşam saat 18 radələrində 2011 təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Həkimlərin səyinə rəğmən T. Məmmədov xəstəxanaya daxil oduqdan bir qədər sonra saat 19:20-də burun və ağızdan nəməlum səbəbdən qanaxmadan dünyasını dəyişib.

Yeniyetmənin son iki gün ərzində bədən tempraturunun yüksək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir