Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçki bülletenlərinin 100 faizinin sayıldığını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, seçki bülletenlərinin 100%-i hesablandıqdan sonra Vladimir Putin – 87,28%, Nikolay Xaritonov – 4,31%, Vladislav Davankov – 3,85%, Leonid Slutskinin – 3,20% səs topladığı məlum olub.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası martın 21-də Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələrinə rəsmi yekun vuracaq. MSK sədri Ella Pamfilovanın sözlərinə görə, seçici fəallığı müasir Rusiya tarixində rekord göstərici olub: seçki məntəqələrinə 87,1 milyondan artıq rusiyalı, yəni seçicilərin 77,44%-i gəlib.
Azinformasiya.az