Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, qəza Buzovna-Bakı yolunun Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan Rəsuli Türkay Rafik oğlu idarə etdiyi özünə məxsus “Opel” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi olan yerdə yolu sağdan-sola keçmək istəyən Zeynal Zeynalovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq, icraatında istintaq davam etdirilir.
Azinformasiya.az