Husilər İsrail və ABŞ gəmilərinə hücum edib

Husilər Qırmızı dənizdə İsrail ticarət gəmisinə və ABŞ esminesinə hücum edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının təsis etdiyi və sahibi olduğu “Al Masirah” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hərəkatın sözçüsü Yəhya Sari bildirib ki, İsrailə aid olduğu müəyyən edilən “Pacific 01” ticarət gəmisi və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə hücumlar gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir