Gürcüstanın Baş naziri ABŞ-ni tənqid edib

ABŞ Gürcüstanın 4 hakiminə niyə sanskiya tətbiq etməsinə dair sübutları hələ də təqdim etməyib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Koxabidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ-nin gürcüstanlı hakimlərə viza məhdudiyyəti tətbiq etməsindən sonra Tbilisi sübutları istəyib, lakin üzərindən uzun vaxt keçməsinə baxmayaraq, heç bir sübut təqdim edilməyib.

Kobaxidze, həmçinin qeyd edib ki, ABŞ sübut təqdim etmək əvəzinə Gürcüstandan bu sübutları özünün axtarmasını istəyib. Hökumət rəhbəri ABŞ-nin bu addımını Gürcüstanın ədliyyə sisteminin müstəqilliyinə qarşı hörmətsizlik kimi qiymətləndirib.

“Heç bir sübut olmadan, üç aktiv, bir keçmiş hakimə viza məhdudiyyəti qoyulması məhkəmənin müstəqilliyi prinsipinə hörmət edilmədiyini göstərir. Biz həmişə məhkəmənin müstəqilliyi prinsipini qətiyyətlə qoruyacağıq”, – Kobaxidze deyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2023-cü ilin aprelində korrupsiya əməllərində iştirakına görə Gürcüstanın dörd hakiminə sanksiya tətbiq edib, onların ABŞ-yə girişi qadağan edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir