İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə 10 nəfər ölüb, 424 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar təşkilatının rəhbəri bildirib.
Qeyd edilib ki, bu, ötən illə müqayisədə 24% çoxdur.
Həmçinin bildirilib ki, 37 nəfərin əzaları amputasiya edilib, 138 nəfərin gözü zədələnib, 196 nəfər isə yanıq xəsarəti alıb.
Azinformasiya.az